Azyaşlı uşağı aldadıb zorladı


Digərləri 12 Noy 2019 18:30:00 279 0

Azyaşlı uşağı aldadıb zorladı

Bakıda 8 yaşlı oğlan uşağına qarşı iyrənc hərəkət etməkdə təqsirli bilinən Elimdar Əbilov hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayəti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə prosesi hakim Həsən Əhmədovun sədrliyi ilə noyabr ayının 14-də keçiriləcək.

İttihama görə, E.Əbilov 8 yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb. Əbilov əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub.