Müğənni Vüqar Muradovun evindən oğurluq olub


Digərləri 12 Noy 2019 18:04:00 248 0

Müğənni Vüqar Muradovun evindən oğurluq olub

Müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, ifaçı polisə verdiyi izahatında oğurluq edən şəxsin usta olduğunu bildirib: "Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur".

Müğənni aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar".