Deputatdan təklif: "Regionlarda ipoteka faizi aşağı salınsın"


Digərləri 12 Noy 2019 17:45:00 260 0

Deputatdan təklif: "Regionlarda ipoteka faizi aşağı salınsın"

İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: "Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın".