Deputatdan təklif: Regionlarda ipoteka faizi aşağı salınsın


Digərləri 12 Noy 2019 17:34:00 215 0

Deputatdan təklif: Regionlarda ipoteka faizi aşağı salınsın

İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.

Bakı. Elçin Mehdiyev - İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: “Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”. Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: “Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin