Aran rayonlarında quraq günlərin sayı artacaq


Digərləri 12 Noy 2019 15:33:00 227 0

Aran rayonlarında quraq günlərin sayı artacaq

İqlimin istiləşməsi nəticəsində Xəzərdə buxarlanma artacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov "Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması" mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq, şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq. Yağıntılar azaldığından çayların suyu azalacaq.

R.Məmmədov qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq.

O, bu nəticələrə apardığı elmi tədqiqatlar nəticəsində gəldiyini söyləyib.