Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı FOTO


Digərləri 12 Noy 2019 15:28:00 236 0

Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı  FOTO

Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha 3 vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb.