Abşeronda villa qarət edildi


Digərləri 12 Noy 2019 14:20:00 260 0

Abşeronda villa qarət edildi

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.