"Azercell" Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır! (FOTO)


Digərləri 12 Noy 2019 14:57:00 225 0

"Azercell" Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır! (FOTO)

Rəqəmsal dünyanı Azercell ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erasına yüksəltmək vədinə sadiq olduğunu nümayiş etdirir!

Bakı. Ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq! Azercell özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı. 5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq! Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər. 5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcəkdir.