Yeni icra başçısı Ağdərədə güllə yarası alıb...


Digərləri 12 Noy 2019 14:43:00 251 0

Yeni icra başçısı Ağdərədə güllə yarası alıb...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə təyinat alan Quliyev Rafiq Çəpərxan oğlu bundan əvvəl Xətai Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsində çalışıb. 

O, 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb, müharibə veteranıdır. 

Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

Müxtəlif illərdə Xətai Rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, müfəttiş-inspektor, həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2012-2013-cü illərdə başçının müavini, 2013-cü il dekabrından isə başçının 1-ci müavini kimi işləyib.