Bakıda içkili olduğu üçün “Mazda”sı alınan kişi yoxa çıxdı


Digərləri 12 Noy 2019 13:25:00 367 0

Bakıda içkili olduğu üçün “Mazda”sı alınan kişi yoxa çıxdı

Qaradağ rayonu polis əməkdaşları oktyabrın 10-da avtomobili ilə birlikdə yoxa çıxan 38 yaşlı Lökbatan sakini Ramin Səfərovu axtarır.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Qaradağ Rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, noyabrın 9-u Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Ekologiya postunda, R.Səfərovun sərxoş vəziyyətdə idarə etdiyi "Mazda CX-9"  90-NZ-881 dövlət nömrə nişanlı avtomobili saxlayıblar.

Bununla əlaqədar olaraq, polislər avtomobili cərimə meydançasına yerləşdiriblər. Sürücünü isə qanında alkoqolu müəyyən etmək üçün tibbi müayinəyə göndəriblər. Tibbi müayinədən sonra R.Səfərov yenidən yoxa çıxıb.

Polis İdarəsindən verilən məlumata görə, hələlik onun yerini müəyyən etmək mümkün olmayıb. İlkin məlumata görə, R.Səfərov tüfeyli, əyyaş həyatı keçirib, tapılan avtomobil isə atasına məxsus olub. Polis onun sağ olduğuna əmindir.