Mikayıl Cabbarov: Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir


Digərləri 12 Noy 2019 13:40:00 364 0

Mikayıl Cabbarov: Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir

Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələri zamanı deyib. O bildirib ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir: “Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı proqnozlaşdırılır. Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artımı gözlənilir. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir". M.Cabbarov əlavə edib ki, Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb.