Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord həddə çatıb


Digərləri 12 Noy 2019 13:39:00 354 0

Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord həddə çatıb

12 noyabr 2019-cu il, Bakı - 2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil etmişdir ki, bu da son illərin rekord göstəricisidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, b unun 4 milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərmişdir, Gəncənin hava limanı isə - 127 min sərnişin ilə üçüncü olmuşdur.

Sözügedən müddət ərzində milli aviadaşıyıcı - AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşımışdır.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı "Türk Hava Yolları" (Türkiyə, 418 min sərnişin), "FlyDubai" (BƏƏ, 207 min), "Aeroflot" (Rusiya, 167 min), "AirArabia" (BƏƏ, 141 min), "UIA" (Ukrayna, 107 min), "Qatar Airways" (Qətər, 90 min), "Lufthansa" (Almaniya, 59 min) və "SCAT" (Qazaxıstan, 52 min) daxil olmuşdur.