Təbiət və həyat naminə birləşənlər (VİDEO)


Digərləri 12 Noy 2019 13:09:00 404 0

Təbiət və həyat naminə birləşənlər (VİDEO)

Heydər Əliyev Fondunun yeni layihəsi-şəhərimizdə yeni bir parkın salınması və burada sakinlərin iştirakı ilə kütləvi ağacəkmə aksiyasının keçirilməsi elə sakinlərin özləri tərəfindən böyük sevinclə qarşılanıb.

Bakı. Heydər Əliyev Fondunun yeni layihəsi - şəhərimizdə yeni bir parkın salınması və burada sakinlərin iştirakı ilə kütləvi ağacəkmə aksiyasının keçirilməsi elə sakinlərin özləri tərəfindən böyük sevinclə qarşılanıb. Trend-in məlumatına görə, Xətai rayonunda 37,2 hektar ərazidə təbii parkın salınması nəzərdə tutulur. Layihəyə əsasən, parkda sakinlərin istirahəti üçün xüsusi zonalar, uşaqlar üçün əyləncə yerlərinin yaradılması nəzərdə tutulur. Parkda, həmçinin, xüsusi avadanlıqlarla təchiz olunmuş idman meydançası, futbol, voleybol və basketbol meydançaları fəaliyyət göstərəcək, tennis kortu, velosiped və qaçış zolaqları, təbii daşlardan salınmış gəzinti yolu, piknik zonası, velosipedlərin kirayəsi və onlar üçün dayanacaqlar təşkil olunacaq. Parkın salınması elə sakinlərin özlərinin iştirakı ilə reallaşıb. Belə ki, ötən gün müxtəlif əyləncələrin müşayiəti ilə Heydər Əliyev Fondunun “Təbiət naminə birləş! Həyat naminə birləş” layihəsi çərçivəsində ağaclar əkilib, quşlar üçün yuvalar duzəldilib, oturacaqlar quraşdırılıb. (adsgarden = window.adsgarden || []).push({}); Ötən günkü tədbirdən video çarxı sizə təqdim edirik. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin