“Ürəyin həmişə mənimlə birgə ağlayıb”


Şou-biznes 12 Noy 2019 12:35:00 288 0

“Ürəyin həmişə mənimlə birgə ağlayıb”

Baxmayaraq ki, mən tamamilə yay insanıyam və günəşdən zövq alıram. Amma ən sevimli ayım noyabrdır. Çünki bu gün mənim ən əziz, qiymətsiz və sevimli anam dünyaya gəlib.  Allah mənə belə möhtəşəm ananı bəxş etdiyinə görə xoşbəxtəm.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. O, instaqramda anasının fotolarını paylaşaraq ad gününü təbrik edib:

"Mən dünyaya gələn andan hər zaman yanımda olmusan. Özümü pis hiss edəndə ürəyin həmişə mənimlə birgə ağlayıb. Səhv edəndə mənə ağrıya qalib gəlməkdə kömək etmisən, daha sonra qanadlarımı düzəltmisən.