Zərdab Rayon İcra Hakimiyyətinin başçısı işdən azad edildi


Siyasət 12 Noy 2019 12:53:28 391 0

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı işdən azad edildi

Prezident İlham Əliyev L.B.Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deryilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

XXX

Prezident İlham Əliyev M.T.Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.