Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb


Digərləri 12 Noy 2019 11:48:00 203 0

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

Bakı. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir. Trend-in məlumatına görə, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb. F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançıların sayı 7-yə yüksəlib.