“Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...


Digərləri 12 Noy 2019 11:14:00 329 0

“Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...

Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin borc mübahisələri qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin borc mübahisələri qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək. Trend-in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşündə deyib. O qeyd edib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək. Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. R.Əliyevin sözlərinə görə, sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək.