"Ulduz" şokolad fabriki XIV Nar festivalında alıcıların görüşünə gəlib (FOTO)


Digərləri 12 Noy 2019 11:00:00 395 0

"Ulduz" şokolad fabriki XIV Nar festivalında alıcıların görüşünə gəlib (FOTO)

"Ulduz" şokolad fabriki 9-10 noyabr tarixlərində Göyçayda ənənəvi Nar festivalında iştirak edib.

Bakı. "Ulduz" şokolad fabriki 9-10 noyabr tarixlərində Göyçayda ənənəvi Nar festivalında iştirak edib. Göyçay rayon mərkəzində təşkil olunan Nar festivalında dövlət və hökümət nümayəndələri, yerli və xarici iş adamları, beynəlxalq təşkilat əməkdaşları da daxil olmaqla minlərlə insan iştirak edib. Festival çərçivəsində yerli məhsullardan ibarət satış-yarmarkasında Ulduz şokolad fabrikinin istehsalı olan bol südlü, xalis şokolad örtüklü “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xalada”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Ritm” meyvə püreli karamelləri, jele tipli “Jellini”, “Medova” konfetləri, “Favo” şokoladları yerli əhali və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.