Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi


Digərləri 12 Noy 2019 10:53:00 320 0

Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

Ucar rayonunda qətl hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.

Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.