Birinci vitseprezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Siyasət 12 Noy 2019 09:28:00 293 0

Birinci vitseprezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!"