Aİ İranın nüvə proqramı ilə bağlı yeni görüş keçirməyə hazırdır


Dünya 12 Noy 2019 08:23:00 263 0

Aİ İranın nüvə proqramı ilə bağlı yeni görüş keçirməyə hazırdır

Avropa İttifaqı (Aİ) İranın Fordoda uranın zənginləşdirilməsini bərpa etməsindən sonra Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə yeni görüş təşkil etməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ Şurasının XİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib.

F.Mogerini bildirib: "Biz BHFP üzrə birgə komissiyanın görüşünün keçirilməsinin vacibliyini dəyərləndiririk. Görüş yaxın günlərdə baş tuta bilər".