Ərdoğan ABŞa səfər edəcək


Dünya 12 Noy 2019 07:55:00 309 0

Ərdoğan ABŞa səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusilə də Suriyadakı vəziyyətə toxunacaqlar.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.