“Sony” smartfonlar üçün qabaqcıl “IMX686” sensorunu təqdim edib VİDEO


Digərləri 12 Noy 2019 07:31:00 282 0

“Sony” smartfonlar üçün qabaqcıl “IMX686” sensorunu təqdim edib  VİDEO

"Sony" şirkətinin mobil qurğuların kameraları üçün nəzərdə tutulmuş yeni sensoru ilə bağlı məlumat internetdə dərc edilib. "IMX686" adlandırılmış sensor 48 meqapiksellik "IMX586" modelini əvəz edəcək. İstehsalçı yeni sensorun çəkiliş imkanlarını müxtəlif şəraitdə çəkilmiş şəkil nümunələrindən yığılmış videoçarx formatında nümayiş etdirib.   Son.az ictnews.az-a istinadən bildirir ki, internetdə yerləşdirilmiş 4K formatında videoçarx sensorun texniki xüsusiyyətləri haqqında məlumat açıqlamır və yeni sensorun köməyi ilə çəkilmiş şəkillərdən ibarətdir. Şayiələrə görə, "Sony IMX686" sensorunun təsvir ölçüsü 60 meqapiksel təşkil edəcək. Son.az

(adsgarden = window.adsgarden || []).push({});