“NVIDIA” kart ölçüsündə superkompüter təqdim edib


Digərləri 12 Noy 2019 07:41:00 203 0

“NVIDIA” kart ölçüsündə superkompüter təqdim edib

"NVIDIA" pilotsuz təyyarə, dron, şəbəkə videoqeydiyyatçılarına, yığcam tibbi cihazlara və başqa qurğulara quraşdırılmaq üçün nəzərdə tutulmuş birlövhəli mini-sistem çeşidini genişləndirib. "Jetson Xavier NX" adlı yeni superkompüter əvvəlki nəsillə tam uyğundur və ölçüsü daha yığcam olub.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni yığcam sistem lövhəsi 8 "Carmel" nüvəsi ilə təchiz edilib.

Birlövhəli kompüterin əməli yaddaş tutumu 8 QB (128 bitlik girişə malik LPDDR4x standartı) və ən yüksək buraxılış qabiliyyəti 51,2 QB/s təşkil edir. Qrafika və hesablama alt sistemi 384 "Volta" nüvəsi, 48 tenzor nüvəsi və maksimal tezliyi 1100 MHs-dək olan 2 NVDLA nüvəsindən ibarətdir.

(adsgarden = window.adsgarden || []).push({});