Tramp: Bütün ABŞ düşmənləri "qorxu içində qaçır"


Dünya 12 Noy 2019 07:45:00 258 0

Tramp: Bütün ABŞ düşmənləri "qorxu içində qaçır"

ABŞ-a heç kəs müqavimət göstərmək gücündə deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Veteranlar günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

D.Tramp yaxınlarda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyatı nümunə gətirərək deyib: "Bizə qarşı çıxış edənlərin ABŞ ordusunun ədalətli gücünə qarşı şansı yoxdur, bir neçə həftə əvvəl ABŞ xüsusi təyinatlıları terrorçuların sığınacağına daxil olub və dünyada bir nömrəli terrorçunu, onun müavinini öldürüblər və biz onların komandanlıq sistemindəki üçüncü şəxsi hədəfə almışıq. Onların terrora əsaslanan hakimiyyəti sona çatıb və bütün düşmənlərimiz qorxu içində qaçır".