ABŞın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu VİDEO FOTO


Digərləri 12 Noy 2019 07:35:00 292 0

ABŞın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu  VİDEO  FOTO

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, ilk olaraq şagirdlər Azərbaycan Dövlət Himnini səsləndiriblər. Daha sonra Tədbirdə Azərbaycan Dövlət Bayrağı ilə bağlı məktəb müəllimləri tərəfindən məlumat verilib və uşaqlar bayraq haqqında öz biliklərini bir-birilə paylaşıblar.

Bundan əlavə şagirdlər Azərbaycan bayrağı ilə bağlı video çarxlar izləyib və Azərbaycan rəqsləri nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır.

(adsgarden = window.adsgarden || []).push({});