ABŞ-ın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu (FOTO/VİDEO)


Digərləri 12 Noy 2019 01:35:00 293 0

ABŞ-ın paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olundu (FOTO/VİDEO)

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd ediblər

Bakı. Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq şagirdlər Azərbaycan Dövlət Himnini səsləndiriblər. Daha sonra Tədbirdə Azərbaycan Dövlət Bayrağı ilə bağlı məktəb müəllimləri tərəfindən məlumat verilib və uşaqlar bayraq haqqında öz biliklərini bir-birilə paylaşıblar. Bundan əlavə şagirdlər Azərbaycan bayrağı ilə bağlı video çarxlar izləyib və Azərbaycan rəqsləri nümayiş etdiriblər. Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. (adsgarden = window.adsgarden || []).push({}); 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, "Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış etmişdirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin