Günün qoroskopu: bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin


Digərləri 12 Noy 2019 00:01:00 311 0

Günün qoroskopu: bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - O qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır. Bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.

Buğa - Bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz. Axşam isə vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.

Əkizlər - Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız. Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.

Xərçəng - Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə  ünsiyyət qurmaq olar. Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz.

Şir - İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz - sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.   Ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma xoşbəxtlikdən, bu, uzun sürməyəcək.

Qız - Sözlərinizdə diqqətli olun.  Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın. Doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.

(adsgarden = window.adsgarden || []).push({});