İribuynuzlu heyvan quyuya düşüb


Digərləri 11 Noy 2019 23:39:00 258 0

İribuynuzlu heyvan quyuya düşüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Qamqam kəndində iribuynuzlu heyvanın dərinliyi 12 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.