Onurğa implantı əməliyyatı nədir və nə zaman tətbiq olunur?


Digərləri 11 Noy 2019 23:30:00 378 0

Onurğa implantı əməliyyatı nədir və nə zaman tətbiq olunur?

Son.az saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.

1. Onurğa implantı əməliyyatları kimlərə tətbiq edilir?

Onurğa qırıqları, bel sürüşməsi, şiş və ya infeksiya səbəbi ilə yaranan onurğa çökmələri, deformasiyalar və ya dar kanal səbəbi ilə əməliyyatla çox sümük çıxardılmışsa onurğaya dəstək vermək üçün aparılır.

2. Onurğa sütunu implantın bədənə zərərlidirmi? MRT çəkdirən zaman problem yaradırmı?

El arasında implanta "platin" deyilən, əslində titan ağırlıqlı, bədəndə heç yan təsir yaratmayan və bir ömür boyu qala bilən materiallar istifadə edilir və bunlar MRT-yə uyğundur. Ağırlıqları 100-150 qramı keçmir.

3. İnsanlar implant əməliyyatlarından nəyə görə çəkinirlər?

Çünki onlar yaxşı mütəxəssis tərəfindən əməliyyat edilmədikləri halda ciddi fəsadlarla üzləşə bilərlər. Vertebraya göndərilən hər vida şaquli və üfüqi planlarda müəyyənləşdirilmiş bucaqlara malikdir. Bu bucaqlara əməl olunmazsa sinir toxuması zədələnə bilər və xəstə girdiyindən pis bir nevroloji tabloyla, yəni ifliclə çıxa bilər. Bu əməliyyatlar mütləq mütəxəssislər tərəfindən edilməlidir.

4. Bu əməliyyatları kim həyata keçirir?

Bu beyin və sinir cərrahlarının işidir. Ortopedlərdən də edənlər var, lakin ortopedlər skolioz cərrahiyyəsinə üstünlük verirlər.

5. Əməliyyat neçə saat çəkir, xəstə neçə gündə ayağa qalxır?

3-4 saatlıq əməliyyatdır. Onurğasına arxadan implant yerləşdirilənlər növbəti gün yeriyir. 1 həftədən sonra rahat gəzməyə başlayır. Yan tərəfdən açılıb onurğanın ön tərəfinə implant taxılmışsa (bu daha çətindir, anterior yanaşma deyilir) 4-5 gündə yeriyir və 10 gündən sonra rahat gəzməyə başlayır. Çünki sağ və sol tərəfində ilk 3 gün drenajı olacaqdır.

6. Bu əməliyyatlarla tamamilə normal həyatına qayıda bilərmi?

(adsgarden = window.adsgarden || []).push({});