Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi


Digərləri 11 Noy 2019 22:55:00 328 0

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

Dünya şöhrətli "Formula 1" pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer məlum qəzadan sonra ilk dəfə yazılı mətbuatda geniş müsahibə ilə çıxış edib.

Son.az bildirir ki, Almaniyanın "She's" jurnalına müsahibə verən Korinna müsahibə boyunca həyat yoldaşını tərifləyib.

Söhbətinin əsas hissəsi atlara marağından olan Korinna qeyd edib ki, yaşadıqları faciədən sonra qızı Cina Maria və özünü ayaqda saxlayan əsas şey atlarla maraqlanmaqları olub:

"Bu faciədə ayaqda qala bildiyimiz üçün Mixaelə borcluyuq. Mənə evlilik ildönümündə hədiyyə etdiyi ferma olmasaydı, atlarla bu qədər maraqlanmaz, bu qədər güclü olmazdıq".

Qızı Cina Maria da atasının atlarla bağlı ona verdiyi məsləhəti xatırlayıb: "Maşın sürsən, işin qurtarandan sonra qaraja sürərsən, vəssalam. Amma bir at bazaar günləri belə ona baxmağına möhtac olacaqdır".

(adsgarden = window.adsgarden || []).push({});