Nevrozun əsası uşaqlıqda qoyulur 12 əsas ƏLAMƏTİ


Digərləri 11 Noy 2019 22:04:00 307 0

Nevrozun əsası uşaqlıqda qoyulur  12 əsas ƏLAMƏTİ

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.

-  Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.  - Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid etmək olar.  - Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verə bilər.  - Son.az hekimtap.az-a istinadən bildirir ki, nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun ) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun bir çox növləri var. Buraya aiddir:

- Həyəcan nevrozu;  - Obsessiv-kompulsiv nevroz;  - Somatik nevroz;  - Fobiyalar;  - Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları

- Həyəcan;  - Ürək döyüntülərinin sayının artması;  - Kefsizlik;  - Ruh düşkünlüyü;  - Bəd xəbər eşitmə qorxusu;  - Yorğunluq;  - Yuxu və iştaha pozulmaları;  - Bədənin müxtəlif nahiyələrində ağrılar;  - Xəstəlik qorxusu;  - Ölüm qorxusu;  - Beyindən çıxmayan fikirlər ve hərəkətlər;  - Patoloji səliqəlilik və s .

Nevrozun diaqnostikası

Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.

(adsgarden = window.adsgarden || []).push({});