Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?


Digərləri 11 Noy 2019 21:35:00 453 0

Dırnaq göbələyi təbii üsulla necə müalicə olunur?

Statistik məlumatlara görə, əhalinin təxminən 20%-i dırnaq göbələyi-onikomikoz xəstəliyindən əziyyət çəkir. Göbələk payız dövründə xüsusilə geniş yayılır və təhlükəli sayılır. Bu, hava şəraitindən, yəni onikomikozların çoxalması üçün əlverişli şərt olan nəmlikdən, həmçinin qapalı, isti ayaqqabılara keçiddən irəli gəlir.

Xəstəliyin meydana gəlməsi ürək-damar xəstəlikləri, dizbakterioz, diabet problemi ilə bağlı bəzi dərmanların uzun müddətli istifadəsi ilə də əlaqəli ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, burada əhəmiyyətli rolu isə avitaminoz, yəni vitamin çatışmazlığı oynayır. Bəs dırnaq göbələyinin qarşısını almaq üçün nə etmək lazımdır?

Təbii ki, istənilən halda ilk növbədə həkimə müraciət olunmalıdır. Dərman müalicəsi ilə yanaşı dırnaq göbələyinə qarşı təbii yolla effektli müalicə üsulları da təklif olunur.

(adsgarden = window.adsgarden || []).push({});