Bu türk ölkəsində un və çörək bahalaşdı


Dünya 11 Noy 2019 21:20:00 401 0

Bu türk ölkəsində un və çörək bahalaşdı

Qazaxıstanda zəruri ehtiyac mallarının qiyməti artıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Qazaxıstan mediası son bir ay ərzində çörək, un, qarabaşaq, süd və yağın qiymətinin 10% bahalaşdığını yazıb. Bahalaşmanın ölkənin bütün regionlarında qeydə alındığı vurğulanıb.

Bununla bərabər mövsümi tərəvəzlərdə də artım olduğu bildirilib. Belə ki, pomidor və xiyarın qiymətində artımın 13% olduğu qeyd edilib.