Bu ərazidən hər gün insan meyiti tapılır


Dünya 11 Noy 2019 20:04:00 257 0

Bu ərazidən hər gün insan meyiti tapılır

Meksikanın Puerto Penasko şəhəri yaxınlığında yerləşən çöllük ərazidəki bir çuxurda 10 insan meyiti tapılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Meksika polisinin verdiyi açıqlamada cəsədlərin ABŞ-la sərhəd bölgədə aşkar edildiyi bildirilib.

Sözügedən yerdə 10 cəsədin tapıldığının bildirildiyi açıqlamada oktyabr ayından bu yana bölgədə aşkar olunan meyit sayının 52-yə çatdığı vurğulanıb.

Açıqlamada az qala hər gün bu bölgədə insan cəsədinə rast gəlindiyi qeyd olunub.

(adsgarden = window.adsgarden || []).push({});