“Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb”


Şou-biznes 11 Noy 2019 19:59:00 282 0

“Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb”

Aktrisa Zülfiyyə Qurbanova yazdığı statusla bəzi həmkarlarını hədəf alıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, gənc aktrisaları nəzərdə tutaraq sosial şəbəkədə fikirlərini dilə gətirib:

"Olmayan əndamınızı nümayiş etdirməkdən sənət göstərmək yaddan çıxıb. Mimika - qırışsız üzlər, donuq gözlər... Ancaq ki, gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq. Süni, yaltaqlıq yağan "yarım metr" təriflər. Elələrinin dəyəri olur. Ən gözəl silah isə biganəlikdir".