Sevgilisini öldürüb mişarla doğradı


Digərləri 11 Noy 2019 19:39:00 246 0

Sevgilisini öldürüb mişarla doğradı

Rusiyanın məşhur tarixçisi Oleq Sokolov içində kəsilmiş qadın qolları olan çanta ilə saxlanılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, 63 yaşlı Sokolov qolların öldürdüyü sevgilisinə aid olduğunu etiraf edib.

Sankt Peterburq Universitetində işləyən Sokolov cəsədi yox etməyə cəhd edərkən Moyka çayına yıxılıb. Polis tərəfindən çaydan çıxarılan tarixçi istintaqa ifadəsində 24 yaşlı sevgilisi Anastasiya Yeşenkonu öldürdüyünü açıqlayıb.

Rus mediası məşhur tarixçinin qadının cəsədini yox etdikdən sonra fransız imperatoru Napoleon Bonapartın libasında intihar etməyi planlaşdırdığını yazıb.

Polis Sokolovun evində apardığı araşdırmada Yeşenkonun bədəninin digər hissələrini və qanlı bir mişar tapıb.

(adsgarden = window.adsgarden || []).push({});