Eldarla Nigar AzTVdə aparıcılıq edəcək


Şou-biznes 11 Noy 2019 18:54:00 250 0

Eldarla Nigar AzTVdə aparıcılıq edəcək

"Eurovision-2011" qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəliblər.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, onlar Azərbaycan Televiziyasında (AzTV) aparıcılığa başlayıb. Sənətçilər bundan sonra "Telesəhər" proqramında aparıcılıq edəcək.

Belə ki, ifaçılar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət nümayəndələri olacaq.