Əsədin qohumları Moskvada obyektlər alır:


Dünya 11 Noy 2019 18:59:00 268 0

Əsədin qohumları Moskvada obyektlər alır:

Suriya Prezidenti Bəşər Əsədin ailə üzvləri müxtəlif illərdə Moskvada 19 elit daşınmaz əmlak alıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Əsəd ailəsinin daşınmaz əmlakının 40 milyon dollar olduğu vurğulanıb. Əmlakın 2013-2019-cu illər arasında əldə edildiyi qeyd edilib.

Obyektlərdən 13-nün Bəşər Əsədin yaxın qohumu Hafiz Mahluf və onun nəzarətindəki şirkətlər tərəfindən əldə edildiyi bildirilib. Daha iki obyektə isə Əsədin digər qohumunun həyat yoldaşının sahib olduğu iddia edilib.