Türkiyədə Azərbaycan bayrağına hücum edənə belə reaksiya verdilər SOSİAL ÇARX


Digərləri 11 Noy 2019 18:14:00 328 0

Türkiyədə Azərbaycan bayrağına hücum edənə belə reaksiya verdilər  SOSİAL ÇARX

Azərbaycanlı Gənclərin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşəbbüsü ilə Türkiyənin Paytaxtı Ankara şəhərində sosial experiment keçilib.

AGAH-ın mətbuat xidmətindən Son.az-a daxil olan məlumata görə, Azərbaycan bayrağı ilə şəhərin mərkəzində gəzən gəncə, Türk vətəndaşı yaxınlaşaraq bayraqla gəzməməsini söyləyir. Bu zaman ətrafda olan şəxslər  Azərbaycan bayrağına irad bildirən vətəndaşa müdaxilə edib və Azərbaycan bayrağının türk bayrağı, Azərbaycanın da qardaş ölkə olduğunu bildirərək, bayraqla gəzməyinə haqq qazandırıblar.

Qeyd edək ki, Sosial Experimentin keçirilməsinin məqsədi Türk soydaşlarımızın Azərbaycan bayrağına münasibəti və həssaslığını öyrənmək ictimaiyyətə təqdim etmək olub. Çarxın çəkiliş qrupu AGAH-ın departament rəhbəri Mövlud İşıq, təşkilatın katibliyinin əməkdaşları Xatirə Raufgil, Neman Həsənzadə və İsmayıl Abışovdan ibarət olub.

(adsgarden = window.adsgarden || []).push({});