Bu şəhərdə WiFi yasaqdır


Dünya 11 Noy 2019 18:19:00 259 0

Bu şəhərdə WiFi yasaqdır

Qərbi Virciniyadakı Qrin-Benk şəhəri kosmik tədqiqatların intensiv aparıldığı yerdir. 1958-ci ildə Qrin-Benk Rəsədxanası açıldıqdan sonra bura ABŞ-ın ilk milli astronomik mərkəzi sayılır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, burada yerləşən teleskoplar, o cümlədən dünyada ən böyük sayılan Robert S.Birdin teleskopu (Robert C. Byrd Green Bank Telescope və ya GBT) qara dəlikləri, qravitasiya dalğalarını, pulsarları və s. müşahidə etməyə imkan verir. Bundan başqa, yerli tədqiqatçılar ötən ay ilk dəfə teleskoplar vasitəsilə ən böyük neytron ulduzu aşkar ediblər.

​Qrin-Benk eyni zamanda yadplanetli məxluqların axtarışı və tədqiqatının (SETİ) başlandığı yer hesab olunur. 1960-cı ildə Frenk Dreyk burada ilk dəfə "Ozma" layihəsini işə saldı. Bu, yadplanetli intellektin mümkün dinlənilməsi və göndərilən siqnalların qeydə alınması üçün dövlət tərəfindən maliyyələşdirilən ilk cəhd idi.  Üstəlik, bu şəhər bizim aləmdən fərqli dünyaların mövcudluğunun mümkünlüyünü ehtiva edən məşhur düsturun "müəllifidir". 

SETİ proqramı üzrə işlər Qrin-Benkdə davam edir və son üç il ərzində 1 milyon giqabayt həcmində əlaqəli məlumatlar açıqlanıb.

Ancaq bu sahədə daimi irəliləyişin əldə edilməsi bir nüansa bağlıdır.

Bu ərazidə yaşayan 8500 insan radiotezliklərə müdaxilə əleyhinə (RFI) zəruri qanunvericiliyə  tabedir. Yəni buradakı evlərdə və ya onların ətrafında radiotezliklərə maneə yarada biləcək istənilən qurğulara qadağa qoyulub, çünki eskpertlərin fikrincə, bu qurğular tədqiqatları korlaya bilər.

(adsgarden = window.adsgarden || []).push({});