Plan: Əhali sayını azaltmaq üçün nələr edilir?


Dünya 11 Noy 2019 18:09:00 331 0

Plan: Əhali sayını azaltmaq üçün nələr edilir?

Dünya əhalisi 19-cu əsrin əvvəllərində 1 milyarda, 1950-ci ildə isə 2,5 milyarda çatdı. Hazırda isə 7,5 milyarddır. Təsəvvür edin, cəmi 70 ilə dünya əhalisi 5 milyard artıb və bu proses davam etməkdədir.

Son.az Axar.az-a istinadən bildirir ki, 2050-ci ildə bu rəqəmin 10 milyarda çatacağı gözlənilir. Yəni cəmi 100 ilə dünya əhalisi 7,5 milyard artmış olacaq. Bəs Yer kürəsi bu qədər insanın ehtiyaclarını qarşılamaq gücündədirmi?

Alimlər hesab edirlər ki, dünyanın təbii ehtiyatları bu qədər insana çatmayacaq.

Tomas Maltusun dəhşətli xəbərdarlığı

Beynəlxalq Tropik Təsərrüfat Mərkəzinin mütəxəssisi Endi Cervis dünyada mövcud təsərrüfat sahələrinin 10 milyard insana kifayət etməyəcəyini bildirib. Əhalinin artımı hər şeydən əvvəl bəşəriyyətinin inkişafında rol oynayan təsərrüfatı məhv edir. Ağacların kəsilməsi, meşələrin yandırılması, meqapolisləşmə siyasəti planeti yalnız göydələnlərdən, ofis və müxtəlif binalardan ibarət boz bir qaya parçasına çevirəcək. Başqa sözlə, münbit təsərrüfat sahələrinin tədricən yox olması qida ehtiyatının sürətlə azalmasına səbəb olacaq.

Britaniyalı iqtisadçı Tomas Maltus hələ 18-ci əsrdə deyirdi ki, bəşəriyyətin bütün problemlərinin səbəbi əhalinin sayının çox olmasıdır. Maltus bunu hələ dünya əhalisinin sayı 1 milyard olanda demişdi. Hazırda isə dünya əhalisi 8-ci milyardlığa doğru gedir və şübhəsiz ki, dünyaya nəzarət edən şəxslər bunun qarşısını almaq üçün böyük bir plan hazırlayıblar.

4 öldürücü maddə

Gəlin bir qədər əvvələ gedək və dünyada əhalinin sayının azalmasına xidmət edən əsas hadisələrə baxaq.

1. Əsrin əvvəllərində baş vermiş Birinci Dünya müharibəsində 10 milyondan çox, İkinci Dünya savaşında isə təxminən 70 milyon insan öldü. Bunlar rəsmi rəqəmlərdir, ümumilikdə bu iki cahan savaşında 100 milyondan çox insanın öldüyü bildirilir.

2. 20-ci əsrdə insanların sürətlə azalmasına səbəb olan xəstəliklər yaradıldı və bunlardan ən öldürücü olanları HİV və QİÇS-dir. HİV-QİÇS-in 1981-ci ildə meydana çıxdığı və bu günə qədər azı 40 milyon insanın ölümünə səbəb olduğu deyilir. Bu xəstəliklər nəinki insanı öldürür, həm də onların cinsi əlaqəyə girib uşaq dünyaya gətirməsini də mümkünsüz edir. Çünki sözügedən xəstəliklər əsasən cinsi yolla yayılır. Yəni HİV-QİÇS-in yaradıcıları, bir növ, bir daşla iki quş vurublar: həm ölümlərə səbəb olurlar, həm də doğuşun qarşısını alırlar.

(adsgarden = window.adsgarden || []).push({});