Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı


Digərləri 11 Noy 2019 16:48:00 283 0

Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı

Amerikanın "Voyacer-2" planetlərarası aparatının Yer kürəsinə ulduzlararası fəzadan göndərdiyi məlumatları alimlər araşdırıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Amerika Aerokosmik Agentliyinin (NASA) saytında bir neçə məqalə dərc olunub. 

Aparatın heliosferdən keçərkən mütəxəssislərə göndərdiyi məlumatlar barədə Nature Astronomy jurnalı bəhs edir. Məlumatlar iki ədəd plazmanın öyrənilməsi üçün, iki ədəd enerji hissəciklərinin aşkar edilməsi üçün və bir ədəd maqnit sahəsi sensoru olmaqla ümumilikdə 5 qurğudan əldə edilib. Alimlər deyirlər ki, bu məlumatlar Günəşin yaratdığı mühitin "sahil xətti"nin təsvirini qurmağa kömək edəcək. 

​Eyni zamanda, "Voyacer"dən alınan məlumat lokal ulduzlararası fəzadakı plazmanın heliosferin içindəki plazmadan daha sıx, eləcə də temperaturunun daha aşağı olduğunu təsdiqləyib. Bəlli olub ki, ulduzlar arasındakı fəzada da kosmik şüalar, başqa sözlə desək, partlayan ulduzlardan güclü təkan alan hissəciklər var. NASA-nın mütəxəssisləri bildirirlər ki, heliosfer Yer kürəsini bu cür şüaların 70%-nin təsirindən qoruyur.

Kosmik zondun göndərdiyi məlumatlar heliosferin hüdudlarını müəyyənləşdirməyə kömək edir. Bu sərhəd bizim ulduzumuzun aktivliyindən asılıdır.

(adsgarden = window.adsgarden || []).push({});