İranda meqa modul zavodu istismara verilib


Digərləri 11 Noy 2019 16:48:44 269 0

İranda meqa modul zavodu istismara verilib

İranın Yəzd vilayətinin Ərdəkan rayonunda Meqa modul (Hot Charge) zavodu istismara verilib.

Bakı. Elnur Bağışov - İranın Yəzd vilayətinin Ərdəkan rayonunda Meqa modul (Hot Charge) zavodu istismara verilib. Trend-in məlumatına görə, zavodun istismara verilməsi mərasimində İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər. Bu zavod ildə 1,55 milyon ton süngər dəmir istehsal edəcək. Zavodun inşasına 4,65 trilyon rial (təxminən 110 milyon dollar) və 83 milyon avro vəsait xərclənib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, müəssisənin inşasına 2012-ci ildə başlanıb və ötən il sınaqdan keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin