İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edilib


Digərləri 11 Noy 2019 14:49:00 265 0

İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edilib

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.

Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.