Əvvəllər kişi olub, sonra ərə gedən qadın Bakıda


Şou-biznes 11 Noy 2019 14:34:00 294 0

Əvvəllər kişi olub, sonra ərə gedən qadın Bakıda

Cinsiyyətini dəyişib qadın olan, bir neçə həftə öncə özünə dəbdəbəli toy məclisi qurub, futbolcu Gökhan Çıra ilə evlənən Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Selin paytaxtımıza ayaq basan kimi hava limanında media nümayəndələrinin suallarını cavablandırıb. 

Məşhur Azərbaycana ilk dəfə gəldiyini dilə gətirib:

"Sizin burada olmağınızdan xəbərdar idim, təəcüblənmədim. İlk dəfədir ki, Bakıya gəlirəm, amma atam tez-tez ölkənizin qonağı olur, çünki tekstilçidir. Azərbaycanlıları çox sevirəm. Bura həm iş, həm də gəzmək üçün gəlmişəm. Bakıda həm də kosmetik vasitələrimi nümayiş etdirəcəm".   Vətəni Türkiyədə yetərincə populyarlıq qazanan Selin "Fenomen olmaq necə bir hiss və duyğudur" sualına bü cür cavab verib: "Fenomen olmaq olduqca əyləncəlidir".

Şahzadələrə layiq təmtəraqlı şəkildə toy edib, ailə həyatı quran Ciyerci evləndiyi futbolçu Gökhan Çıradan da bəhs edib:

"Çox xoşbəxtəm. Gökhanı qısqanmıram. Təəssüf ki, onun işi olduğundan Bakıya gələ bilmədi. Amma gələcəkdə Bülent Ərsoy ilə yeni layihəmiz olacaq. Bəlkə onda Gökhan da bizimlə gələr. Həyat yoldaşımla bal ayına hələ çıxmamışıq, amma yeni ildə Rizəyə getməyi düşünürük".   "Toyunuzda niyə sosial şəbəkələrin fenomeni, makiyaj ustası və stilist Kerimcan Durmaz iştirak etmədi" sualına Selin bu cür reaksiya verib:

"Kərimcan dostumdur, amma o ərəfələrdə işləri var idi, ona görə toyumuza gəlib, iştirak edə bilmədi".

(adsgarden = window.adsgarden || []).push({});