Bakıda amansız qətl: Qız üstündə kişinin ayaqlarını sındırdılar, başına daşla döyədöyə öldürdülər


Kriminal 11 Noy 2019 14:29:00 271 0

Bakıda amansız qətl: Qız üstündə kişinin ayaqlarını sındırdılar, başına daşla döyədöyə öldürdülər

Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb. 

Son.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində "Mercedes" markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. 

Patoloqlar tərəfindən bədənin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamıilovu saxlayıblar.