Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 11 Noy 2019 12:54:00 374 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək, 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.