Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü
Digərləri 11 Noy 2019 13:04:00 303 0
Rusiyanın Volqoqrad vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azərbaycanlı yük maşını sürücüsü ölüb.
Son.az Trend-ə istinadən xəbər verir ki, 64 yaşlı sürücü "Volvo" markalı yük maşınından düşüb yol keçərkən onu minik maşını vurub.
Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qeyd olunur ki, həmin şəxs Azərbaycana məxsus nəqliyyat şirkətində sürücü işləyib və Rusiya ərazisindən keçməklə Qazaxıstandan Azərbaycana qayıdırmiş.
Mənbə: milli.az