Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü


Digərləri 11 Noy 2019 12:49:00 255 0

Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi "Opel" markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.